Ukrayna avqustun 29-da ABŞ-də təhlükəsizlik təminatları üzrə müzakirələr keçirəcək

Digər ölkələr
  • 27 avqust, 2025
  • 22:26
Ukrayna avqustun 29-da ABŞ-də təhlükəsizlik təminatları üzrə müzakirələr keçirəcək

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə gedir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün teleqram kanalında axşam videomüraciətində bildirib.

"Sabah İsveçrədə, cümə günü isə Amerika Birləşmiş Ştatları, Nyu-York, ABŞ prezidenti Donald Trampın komandası ilə görüşlər baş tutacaq. Təhlükəsizlik təminatlarının məzmunu üzərində işləyənlərin hamısı - hərbi, siyasi, iqtisadi komponentlər cəlb olunacaq", - deyə Zelenski vurğulayıb.

44 filmi