Floridada keçirilən ABŞ-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 19:47
Floridada keçirilən ABŞ-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub

Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada keçirilən danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub.

"Report"un məlumatına görə, bu barədə görüşün yekunları ilə bağlı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov teleqram kanalında bildirib.

"Floridada Ukrayna nümayəndə heyətinin işi ilə bağlı Zelenski ilə telefon danışığı apardım. ABŞ-də iki məhsuldar gün ərzində bir neçə saatlıq görüşlər və danışıqlar keçirdik. Əhəmiyyətli irəliləyişə nail olduq, baxmayaraq ki, bəzi məsələlər əlavə işlənməyə ehtiyac duyur. ABŞ tərəfinə konstruktiv və tərəfdaş yanaşmaya görə minnətdarıq. Bu prosesi davam etdirmək üçün daimi və sıx əlaqəni qorumaq barədə razılığa gəldik", – paylaşımda qeyd olunub.

Onun sözlərinə görə, Ukrayna tam hesabat hazırlayır və yaxın vaxtlarda Avropada keçiriləcək görüşlər zamanı dövlət başçısına şəxsən təqdim edəcək.

"Ukrayna üçün sülh naminə işi davam etdiririk", – Umerov yekunlaşdırıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Floridada Ukrayna nümayəndə heyəti ilə görüş keçirir.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi mənbələrə istinadən bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti