Peruda otelin divarı uçub, ölənlər və yaralananlar var - FOTO
Digər ölkələr
- 27 yanvar, 2019
- 15:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 yanvar. REPORT.AZ/ Peruda otelin divarı uçub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İnstitutu özünün "Twitter" səhifəsində məlumat yayıb.
"RPP" radiostansiyasının verdiyi xəbərə görə, hadisə Abankay vilayətində, "Alambar" otelində, toy mərasimində baş verib. Məlumata görə, uçqun zamanı azı 15 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı mərasimin qonaqlarıdır.
Hadisə zamanı binada təxminən 100 nəfər olub. Lakin onların yarısı uçan divarın yanında olub.
İlkin məlumata görə, hadisəyə son günlərdir yağan güclü yağışlar səbəb olub.
Daha əvvəl Peruda avtobusun çaya düşməsi nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb.
Son xəbərlər
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr