Üç ölkənin XİN rəhbəri Şimali Koreyanın raket buraxılışını müzakirə edəcək

Digər ölkələr
  • 23 avqust, 2023
  • 23:41
Üç ölkənin XİN rəhbəri Şimali Koreyanın raket buraxılışını müzakirə edəcək

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi, ABŞ-ın dövlət katibi Entoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Pak Çin yaxın vaxtlarda KXDR-in kəşfiyyat peyki ilə raket buraxmasını telefonla müzakirə etmək niyyətindədirlər.

“Report” xəbər verir ki, bu barədə mətbuat konfransında Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno məlumat verib.

Bununla yanaşı, Matsuno Pxenyanın peyklə raket buraxılmasının uğursuzluqla başa çatması ilə bağlı xəbərlərini şərh etməyib və hazırda Müdafiə Nazirliyinin daxil olan məlumatları təhlil etdiyini vurğulayıb.

Qeyd edək ki, Şimali Koreyanın kəşfiyyat peykini buraxmaq üzrə ikinci cəhdi raket daşıyıcısının uçuşunun üçüncü mərhələsindəki problemlər səbəbindən uğursuz başa çatıb.

44 - Tezliklə