Türkmənistan prezidentinin oğlu deputat seçilib
Digər ölkələr
- 30 mart, 2018
- 03:49
Bakı. 30 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə - Məclisə deputat seçilib.
"Report" "RİA Nnovosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentarilərin siyahısını dərc edən rusdilli "Neytralnıy Turkmenistan" qəzeti məlumat yayıb.
Dövlət başçısının oğlu 25 saylı "Duşak" seçki dairəsindən parlamentə seçilib. Sərdar Berdiməhəmmədov 25700 seçici səsi (91,42 faiz seçici) toplayıb. Seçkilərdə onun rəqibi olmuş məktəb direktoru Kaka Oqulceren isə 2412 seçicinin (8,58 faiz səs) toplaya bilib.
Seçki məntəqəsində ümumilikdə 30316 seçici qeydiyyatdadır.
Türkmənistan prezidentinin oğlu 1981-ci ildə doğulub. Ölkədə parlament seçkiləri martın 25-də keçirilib.
Son xəbərlər
09:47
Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi
Region09:41
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Xarici siyasət09:27
Vaşinqton görüşündən sonrakı 1 il göstərdi ki, Azərbaycanın addımları tam sülhə yönəlib - RƏY
Daxili siyasət09:26
Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Digər ölkələr09:22
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (08.08.2026)
Maliyyə09:20
Sumqayıtda avtomobil təmiri sexi yanıb
Hadisə09:10
"Liverpul" Ronald Arauxonu icarəyə götürməyə yaxındır
Futbol08:54
Yaponiyada "Delfin" tayfunu 56 minə yaxın abonenti işıqsız qoyub
Digər ölkələr08:31