Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

Digər ölkələr
  • 22 iyul, 2022
  • 20:48
Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Əl-Sumariya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hərbi baza istiqamətində 3 raket atılıb.

Xatırladaq ki, iyulun 20-də İraqın şimalındakı Zaxo kurort şəhərinin atəşə tutulması nəticəsində 9 nəfər həlak olub, daha 33 nəfər yaralanıb.

İraq hakimiyyəti hücumda Türkiyəni ittiham edib. Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın İraq mövqelərinə heç bir hücum etmədiyini bildirib.