Türkiyənin ABŞ-dakı səfirinin iqamətgahı qarşısında toqquşma nəticəsində 9 nəfər xəsarət alıb

Digər ölkələr
  • 17 may, 2017
  • 03:53
Türkiyənin ABŞ-dakı səfirinin iqamətgahı qarşısında toqquşma nəticəsində 9 nəfər xəsarət alıb
Reuters

Bakı. 17 may. REPORT.AZ/ Çərşənbə axşamı Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıcın iqamətgahı qarşısında prezident Rəcəb Tayyib Ərdoğan tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində iqamətgaha yaxın ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkətində müvəqqəti fasilə yaranıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb, ikisinin vəziyyəti daha ağırdır.

İnsidentə hansı tərəfin səbəb olduğu hələ ki, məlum deyil.

44 filmi