Türkiyədən olan müşahidəçi: "Özbəkistanda seçkilər kifayət qədər şəffaf keçir"

Digər ölkələr
  • 09 iyul, 2023
  • 14:31
Türkiyədən olan müşahidəçi: Özbəkistanda seçkilər kifayət qədər şəffaf keçir

"Özbəkistanda seçkilər kifayət qədər şəffaf keçir".

Bunu Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mehmet Seyfəddin Erol "Report"un Daşkənddə ezamiyyətdə olan müxbirinə Özbəkistanda növbədənkənar prezident seçkilərinin gedişini şərh edərkən deyib.

"Vətəndaşların seçkidə iştirakı çox yüksəkdir. Bu da onların Özbəkistandakı sistemə və demokratiyaya inamından xəbər verir", - Mərkəz rəhbəri bildirib.

Ekspertin sözlərinə görə, əlillərə seçki məntəqələrində səs vermək imkanı yaradılır.

"Özbək xalqı seçimini öz iradəsi ilə edir. İnanıram ki, sonda gələcəkləri üçün ən doğru qərarı verəcəklər", - Erol vurğulayıb.

44 - Tezliklə