Türkiyədə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər xəsarət alıb
Digər ölkələr
- 30 may, 2016
- 18:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 may. REPORT.AZ/ Türkiyədə terror aktı törədilib. “Report” “Anadolu” xəbər agentliyinə istinadən məlumat verir ki, Şırnak vilayətinin Silopi bölgəsində baş vermiş partlayış zamanı 4 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Məlumata görə, partlayış axşam saatlarında polisə məxsus zirehli avtomobilin ərazidən keçdiyi zaman baş verib. Yaralılar Silopi Dövlət Xəstəxanasına aparılıb.
Xəsarət alanlardan beşi polis əməkdaşıdır. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışın baş verdiyi bölgəyə çoxlu sayda polis əməkdaşı cəlb edilib və terrorçuların yaxalanması üçün xüsusi əməliyyata başlanılıb.
Son xəbərlər
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region