Türkiyə və Fransa XİN başçıları telefonla danışıb

Digər ölkələr
  • 29 may, 2022
  • 17:02
Türkiyə və Fransa XİN başçıları telefonla danışıb
Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Katerina Kolonnayla telefonla danışıb.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Mövlud Çavuşoğlu fransalı həmkarını yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

Danışıq zamanı həmçinin, Türkiyə-Fransa ikitərəfli münasibətləri və Ukraynadakı son vəziyyət müzakirə olunub.