Türkiyə və Britaniya müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Digər ölkələr
  • 13 mart, 2025
  • 18:39
Türkiyə və Britaniya müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Böyük Britaniyadan olan həmkarı Con Heley ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İkitərəfli görüşdən sonra geniştərkibli görüş də olub.