Türkiyə Rusiya-Ukrayna müharibəsi çərçivəsində bəzi kritik yerlərdə savaş moratoriumu təklif edir

Digər ölkələr
  • 16 iyul, 2026
  • 12:07
Türkiyə Rusiya-Ukrayna müharibəsi çərçivəsində bəzi kritik yerlərdə savaş moratoriumu təklif edir

Rusiya-Ukrayna müharibəsi çərçivəsində bəzi kritik yerlərdə savaş moratoriumu elan edilə bilər.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə mətbuata bəyanatında deyib.

Onun sözlərinə görə, əsas məqsəd Rusiya-Ukrayna müharibəsinin tam dayandırılmasıdır:

"Əks halda, Rusiya, Ukrayna, bütün ölkələr üçün önəmli olan bəzi kritik yerlərdə müharibnə moratoriumu elan edilə bilər. Qara dəniz enerji təhlükəsizliyini bu halda qura bilərik. Bu kimi alternativ təklifimiz hazırda masadadır. Ukrayna tərəfi ciddi bir anlayış göstərir".

44 - Tezliklə