Türkiyə prezidentinin sözçüsü: “ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, yeni gərginlik və münaqişə yaradacaq”

Digər ölkələr
  • 05 dekabr, 2017
  • 10:46
Türkiyə prezidentinin sözçüsü: “ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, yeni gərginlik və münaqişə yaradacaq”

Bakı. 5 dekabr. REPORT.AZ/ “ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, yeni gərginlik və münaqişə yaradacaq”.

“Report” "CNNTurk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın Qüdsü paytaxt olaraq tanıyacağı haqqında yayılan xəbərlər çox narahatedicidir. Bu, Qüdsün dini və tarixi statusuna, beynəlxalq müqavilələrə və BMT-nin qərarlarına tamamilə ziddir. Belə bir addım Yaxın Şərqdə barış prosesini ortadan qaldıracaq, yeni gərginlk və münaqişələrə səbəb olacaq. ABŞ hakimiyyətinin bu dəhşətli səhvi etməyəcəyinə ümidvarıq. Qüds və Harami-Şərifin statuslarının qorunması həyati vacib əhəmiyyət daşıyır”, - İ.Kalın vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyi barədə məlumatlar yayılıb.  

44 - Tezliklə