Türkiyə gəmisi Odessada Rusiyanın raket hücumuna məruz qalıb
Digər ölkələr
- 12 dekabr, 2025
- 20:14
Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.
Bu barədə "Report"un Şərqi Avropa bürosuna İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.
"CENK RORO" gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.
Türkiyənin kütləvi informasiya vasitələrində yayılan məlumata görə, gəminin şəxsi heyəti və TIR sürücüləri təxliyə olunub. Qeyd edilir ki, Türkiyə vətəndaşları arasında xəsarət alan yoxdur. Türkiyənin Odessadakı Baş Konsulluğu hadisələrin gedişatını yaxından izləyir və vətəndaşlara lazımi dəstək göstərilir.
Son xəbərlər
22:29
Foto
Azərbaycanın 4 boksçusu Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb
Fərdi22:16
Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb
Digər ölkələr22:11
Foto
Marneulidə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Region22:03
Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib
Komanda21:49
"Brent" neftinin qiyməti 60,99 dollara düşüb
Energetika21:34
Foto
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Hadisə21:27
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Hadisə21:20
Tailandın Baş naziri Kamboca ilə atəşkəs razılaşmasının olmadığını bildirib
Digər ölkələr20:54
Foto