Türkiyə ABŞ-ın UNRWA-nın maliyyələşdirilməsini dayandırmaq qərarını pisləyib

Digər ölkələr
  • 01 sentyabr, 2018
  • 22:10
Türkiyə ABŞ-ın UNRWA-nın maliyyələşdirilməsini dayandırmaq qərarını pisləyib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Ankara Vaşinqtonun BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırmaq barədə qərarından məyus olub.

“Report” xəbər verir ki, xarici siyasət idarəsinin saytına yerləşdirilən məlumata görə, ABŞ-ın qəqarı 5 milyondan çox fələstinlinin həyatına mənfi təsir göstərəcək.

XİN-dən onu da əlavə ediblər ki, bu addım Fələstin probleminin iki dövlətin mövcudluğu, regionda sülh və sabitlik əsasında nizamlanması üzrə həll yolarının axtarışına ziyan vuracaq.