Tunisdə “Əl-Qaidə”nın liderlərindən biri tutuldu
Digər ölkələr
- 07 yanvar, 2021
- 20:41
Tunisin hüquq-mühafizə orqanlarının əməkdaşları uzun müddət axtarışda olan terrorçunu həbs edib.
“Report”un məlumatına görə, bu barədə Tunis Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada deyilir.
Qeyd olunub ki, tutulan şəxs “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən biri olub, bölgədəki döyüş əməliyyatlarında iştirak edib. Eyni zamanda terrorçu “Əl-Qaidə”nin Tunisdəki qolu olan və Əlcəzairin sərhədinə yaxın bölgədə yerləşən “Katibat Uqba ibn Nafi” terror qruplaşmasının üzvləri ilə sıx əlaqə saxlayıb.
O, terrorçuları xaricdən maliyyə, silah və sursatla təmin edirmiş. Xüsusi əməliyyat nəticəsində döyüş sursatı olan avtomat da ələ keçirilib. Ona maddi-texniki dəstək verən digər terrorçular da tutulub.
Son xəbərlər
14:13
Latviya Belarusla sərhədin altında tunel aşkar edib
Digər ölkələr13:59
Xandanyan: KTMT-də iştirakımızı aktivləşdirməyə məcbur edə biləcək heç bir səbəb yoxdur
Region13:58
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6 %-ə yaxın artıb
Biznes13:58
"Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb
Futbol13:55
Foto
İrandan Rusiyaya 25 kiloqramdan çox marixuana keçirilməsinin qarşısı alınıb
Biznes13:49
Xandanyan: TRIPP çərçivəsində gələcək qaz kəməri Ermənistan üçün yeni qaz mənbəyi ola bilər
Region13:44
UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
Futbol13:31
Foto
KOBİA Kürdəmirdə sahibkarlarla biznesin inkişaf imkanlarını müzakirə edib
Biznes13:30