Tunisdə baş verən avtobus qəzasında 24 nəfər ölüb
Digər ölkələr
- 01 dekabr, 2019
- 19:19
Tunisin şimal-qərbində turist avtobusunun iştirakı ilə baş verən yol qəzasında 24 nəfər ölüb.
“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb və hazırda onlar xəstəxanalara yerləşdirilib.
Xüsusi səyahət agentliyinə aid olan avtobus paytaxtdan Ayn- Drahma şəhərinə gedirmiş. Məktəblilər də daxil olmaqla avtobusda ümumilikdə 43 sərnişin olub. İlkin məlumatlara görə, Ayn-Sanussi kəndi yaxınlığında avtobus aşaraq dik yamacdan aşağı yuvarlanıb.
Tunis Daxili İşlər Nazirliyində hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2026)
Maliyyə09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.09.2026)
Maliyyə08:57
Makron: Fransa Hörmüz boğazında yalnız müdafiə əməliyyatında iştiraka hazırdır
Digər ölkələr08:52
Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur08:38
Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub
Digər ölkələr08:21
Foto
Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:13
Foto
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Hadisə07:48