Tunis parlamentinə yeni spiker seçilib
Digər ölkələr
- 04 dekabr, 2014
- 16:13
Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Tunis Xalq Məclisinə (parlament) yeni sədr seçilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Nida Tunis Partiyasının deputatı Məhəmməd ən-Nasirin vahid namizəd olaraq qatıldığı səsvermədə 217 millət vəkilindən 214 nəfəri iştirak edib. Səsvermə nəticəsində Məhəmməd ən-Nasir 176 səslə parlamentin yeni spikeri seçilib. Məsələyə 34 nəfər bitərəf qalıb, 4 səs isə etibarsız sayılıb.
Qeyd edək ki, bu il oktyabrın 26-da Tunisdə keçirilən parlament seçkilərində NidaTunis Partiyası 39,17 faiz səslə 217 yerlik parlamentdə 85 deputat mandatı qazanıb, onu 69 millət vəkili ilə Nahda Hərəkatı izləyir.
Son xəbərlər
02:15
ABŞ polisilikona gömrük rüsumları tətbiq etməyi planlaşdırır
Digər ölkələr01:54
Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Digər ölkələr01:26
ÜST rəhbəri KDR-də Ebolanın yayılmasının sürətləndiyi barədə xəbərdarlıq edib
Digər ölkələr00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Futbol23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
Digər ölkələr23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09