Trampın sabiq vəkili həbsxanadan azad ediləcək

Digər ölkələr
  • 21 may, 2020
  • 01:40
Trampın sabiq vəkili həbsxanadan azad ediləcək
Maykl Koen

ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koen COVID-19 pandemiyası fonunda bu həftə vaxtından əvvəl həbsxanadan azad olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən CNN bildirib.

Koen həbsxanadan cümə axşamı azad ediləcək və gözlənildiyi kimi, cəzasının 2021-ci ilin noyabrına qədərki çəkilməmiş hissəsindən azad olacaq.

Sabiq vəkil Otisvilledəki (Nyu-York ştatı) federal həbsxanada üç illik həbs cəzası çəkir. Bu cəzaçəkmə müəssisəsində 14 məhbus və 7 əməkdaşın koronavirus testi müsbət nəticə verib.

Koen 2018-ci ilin dekabrında azadlıqdan üç il müddətinə məhrum olunub. Nyu-Yorkun Cənubi Dairə Məhkəməsi ABŞ prezidenti Donald Trampın keçmiş vəkilini seçki kampaniyası qanunlarını pozduğuna görə həbs cəzasına məhkum edib.