Trampın keçmiş müşaviri 4 ay müddətinə azadlıqdan məhrum edilib

Digər ölkələr
  • 21 oktyabr, 2022
  • 17:23
Trampın keçmiş müşaviri 4 ay müddətinə azadlıqdan məhrum edilib

ABŞ məhkəməsi keçmiş prezident Donald Trampın sabiq müşaviri Stiv Bennona Konqresə hörmətsizlik etdiyi üçün 4 aylıq həbs cəzası verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Bennonun Kapitoliyə hücum ilə bağlı ifadə verməkdən imtina etməsi hörmətsizlik kimi qiymətləndirilib.

Bennon cəzasını federal həbsxanada çəkmək şərtilə 4 ay müddətinə azadlıqdan məhrum edilib və eyni zamanda 6 500 dollar məbləğində cərimələnib.

44 - Tezliklə