Trampın irəli sürdüyü Kleyton ABŞ Senatından dəstək alıb
- 28 iyul, 2026
- 05:43
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Konqresinin Senatı prosedur səsverməsi zamanı Cey Kleytonun Milli Kəşfiyyat direktorunun vəzifəsinə namizədliyini dəstəkləyib.
"Report"un verdiyi məlumata görə, debatların dayandırılması və namizədliyin təsdiqi üzrə səsverməyə keçilməsi təklifinin lehinə 51, əleyhinə isə 43 senator səs verib.
Kleytonun namizədliyi üzrə yekun səsvermənin iyulun 29-da keçirilməsi gözlənilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 11-də Kleytonu bu vəzifəyə irəli sürüb. O, daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına rəhbərlik edib.
Milli Kəşfiyyat direktoru ABŞ-ın 18 kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirir.
Xatırladaq ki, iyulun 21-də Senatın Kəşfiyyat üzrə xüsusi komitəsi Konqresin yuxarı palatasına Kleytonun namizədliyinin təsdiqlənməsini tövsiyə edib.