Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başlayıb
Digər ölkələr
- 10 noyabr, 2025
- 20:58
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla suriyalı həmkarı Əhməd Əl Şaraa arasında görüş başlayıb.
Bu barədə "Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir.
Daha əvvəl SANA dövlət agentliyi xəbər verib ki, Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dən olan həmkarı Donald Trampla görüşəcək. ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona gözlənilən səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmağı gözlədiyini bildirib.
Suriya lideri əvvəllər də ABŞ-yə səfər edib. Onun səfəri bu ilin sentyabrında BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.
Son xəbərlər
22:48
Foto
Azərbaycan boksçusu İslamiadanın qalibi olub
Fərdi22:43
Azərbaycan cüdoçusu: "Əsas odur ki, millimiz İslamiadanın qalibi oldu"
Fərdi22:38
Neftçala bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə22:30
Türkiyədə 4,9 maqnitudada zəlzələ olub
Region22:23
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldıb
Digər ölkələr22:18
Foto
Eskişehirdə Qarabağ Zəfərinin beşinci ildönümü qeyd olunub
Diaspor22:04
Foto
Praqada Azərbaycanın Zəfər Günü münasibətilə xatirə gecəsi keçirilib
Diaspor21:57
İslamiadanın gümüş medalçısı: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
Fərdi21:46