Tramp: "Ukrayna məsələsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur"
Digər ölkələr
- 04 iyul, 2025
- 01:43
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına əsasən bildirib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur.
"Report" xəbər verir ki, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı Ağ Ev rəhbəri yaranmış vəziyyətdən məmnun olmadığını vurğulayıb.
"Bizim söhbətimiz oldu. Kifayət qədər uzun söhbət zamanı biz İran da daxil olmaqla bir çox məsələləri müzakirə etdik. Biz həmçinin Ukrayna münaqişəsi barədə danışdıq, mən narazıyam", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Tramp və Putin arasında telefon danışığı baş tutub. Danışıq zamanı ABŞ lideri Ukraynada hərbi əməliyyatların tezliklə başa çatdırılması məsələsini yenidən qaldırıb.
Son xəbərlər
03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17
Estoniyanın müdafiə naziri istefa verib
Digər ölkələr00:48
Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb
Digər ölkələr00:16
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
Digər ölkələr23:47
Kats: İsrail bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırdır
Digər ölkələr23:43