Tramp Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
- 01 dekabr, 2025
- 02:54
Kiyevlə Ukraynada müharibənin sülh yolu ilə başa çatdırılması üzrə danışıqlar yaxşı gedir.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatında Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşma əldə olunması üçün "yaxşı şans" var.
Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, Floridada aparılan danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri "dil tapa biliblər". Tramp vurğulayıb ki, Ukraynada vəziyyətin həlli ilə bağlı Rusiyaya heç bir müddət təyin etməyi planlaşdırmır.
"Mənim üçün son tarix müharibə dayandığı andır", – deyə o əlavə edib.
Xatırladaq ki, daha əvvəl Mayamidə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilmişdi.
Son xəbərlər
04:40
Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır
Digər ölkələr04:18
Kolumbiya Prezidenti Trampdan yüksək gömrük rüsumlarını dayandırmağı xahiş edib
Digər ölkələr03:50
İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb
Digər ölkələr03:22
Mərakeş İspaniya jurnalistlərini Fnidekdən çıxarıb
Digər ölkələr02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08
Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Region01:47
Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb
Digər ölkələr01:18