Tramp: Ukrayna hücumlara hazırlaşa bilər

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 03:34
Tramp: Ukrayna hücumlara hazırlaşa bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna hücumlara hazırlaşa bilər.

"Report" xəbər verir ki, o, ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patellə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən belə mövqe ortaya qoyub.

ABŞ-nin Ukraynaya "Tomahawk" raketlərindən başqa silahların verilməsini nəzərdən keçirib-keçirməməsi sualına Tramp digər variantları araşdırdığını söyləyib. "Bu barədə qərar verməliyəm", - Ağ Evin rəhbəri deyib.

Amerika liderinin sözlərinə görə, oktyabrın 17-də ukraynalı həmkarı Volodimir Zelenski ilə qarşıdakı görüşdə o, Rusiya-Ukrayna müharibəsini müzakirə etmək niyyətindədir. Lakin Tramp söhbətin nədən getdiyini açıqlamayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl "Tomahawk"ların Kiyevə tədarükünün rəsmi Moskva ilə Vaşinqton arasındakı münasibətləri pozacağını deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti