Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir

Digər ölkələr
  • 10 iyul, 2026
  • 04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir

ABŞ Prezidenti Donald Tramp öz administrasiyasına kommersiya təyyarələrinin, aviasiya mühərriklərinin və onların ehtiyat hissələrinin idxalının tənzimlənməsi məsələsi üzrə ticarət tərəfdaşları ilə danışıqlara başlamağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş fərmanda deyilir.

ABŞ-nin ticarət naziri Hovard Latnik aparılmış yoxlamanın yekunlarına görə belə qənaətə gəlib ki, kommersiya aviasiyası məhsullarının hazırkı tədarük şərtləri və həcmləri ölkənin milli təhlükəsizliyi üçün təhdid yaradır.

Trampın sözlərinə görə, Amerika təyyarəqayırma sənayesi dövlətin iqtisadi və müdafiə ehtiyaclarının təmin edilməsində çətinliklər çəkir.

"Mən qərara gəldim ki, kommersiya aviasiyasının, mühərriklərin və ehtiyat hissələrinin idxalını tənzimləmək məqsədilə ticarət tərəfdaşlarımızla danışıqlara başlamaq zəruri və məqsədəuyğundur. Bu tədarüklər Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid yaratmamalıdır", - ABŞ Prezidentinin bəyanatında bildirilir.

Tramp həmçinin 180 gün ərzində əldə olunmuş irəliləyiş barədə ona hesabat təqdim etməyi tapşırıb.

44 - Tezliklə