Tramp: Si Cinpin süni intellekti "superintellekt" adlandırmağa razılaşıb

Digər ölkələr
  • 01 oktyabr, 2026
  • 16:29
Tramp: Si Cinpin süni intellekti superintellekt adlandırmağa razılaşıb

ABŞ Prezidenti Donald Çin Sədri Si Cinpinin onun "süni intellekt" (AI) anlayışından imtina edərək "superintellekt" terminindən istifadə etmək təklifi ilə razılaşdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Time" jurnalına müsahibəsində bildirib.

"Bu, sadəcə AI deyil. Mən ümumiyyətlə artıq onu AI adlandırmıram. Mən onu SI - superintellekt adlandırıram. Sədr Si razılaşdı. Biz hamımız razılaşdıq: superintellekt", - ABŞ Prezidenti deyib.

Öz mövqeyini izah edən Tramp bildirib ki, "süni" tərifi onda həqiqi olmayan bir şeylə assosiasiya olunur.

"Bu, süni intellekt deyil, çünki süni intellekt CNN kimidir. O, feykdir", - Tramp deyib.

ABŞ lideri həmçinin süni intellekt məsələləri üzrə yaratdığı xüsusi strukturun adını dəyişmək niyyətini təsdiqləyib. Hazırda o, "AI Force" adlanır, lakin Tramp onu "superintellekt" termininə uyğun olaraq adını dəyişməyə hazırlaşır.

Yeni strukturun vəzifələrindən danışan ABŞ Prezidenti bildirib ki, o, superintellektin inkişafı məsələləri ilə məşğul olacaq. Onun tərkibinə bu sahəni yaxşı bilən və dövlət başçısına məsləhət verə biləcək mütəxəssislərin daxil edilməsi nəzərdə tutulur.

Bununla yanaşı o vurğulayıb ki, sahənin inkişafına münasibətdə yumşaq mövqe tutmaq və uydurma hesab etdiyi təhdidlərə görə onun dağılmasına yol vermək niyyətində deyil.

Nümunə olaraq Tramp qlobal istiləşmənin nəticələri barədə xəbərdarlıqları göstərib. Onun sözlərinə görə, amerikalılara ölkənin "qlobal istiləşmə səbəbindən yana biləcəyini" deyirdilər, lakin sonra bu anlayış "iqlim dəyişikliyi" termini ilə əvəz olundu.

"Bütün ölkə saxta şeylər üzərində qurulub, çünki bu insanlarda Trampa qarşı vəsvəsəlik yaranıb", - o bildirib.