Tramp Si Cinpinlə qarşılıqlı səfərlərin tarixlərini açıqlayıb

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 22:03
Tramp Si Cinpinlə qarşılıqlı səfərlərin tarixlərini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə o, "Truth Social" hesabında yazıb.

"Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub. Biz geniş mövzuları, o cümlədən Rusiya-Ukrayna müharibəsini, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları və daha çox şeyləri müzakirə etdik. Böyük fermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür!", - paylaşımda deyilir.

Tramp əlavə edib ki, Si Cinpin 2026-cı ildə ABŞ-yə dövlət səfəri edəcək: "Prezident Si məni aprel ayında Pekinə səfərə dəvət etdi və mən də bunu qəbul etdim. O da ilin sonunda ABŞ-da dövlət səfəri ilə qonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədə razılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm",- deyə Tramp əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti