Tramp: Səkkiz beynəlxalq münaqişəni nizamlamışam

Digər ölkələr
  • 13 oktyabr, 2025
  • 16:25
Tramp: Səkkiz beynəlxalq münaqişəni nizamlamışam

ABŞ Prezidenti Donald Tramp bir daha qeyd edib ki, səkkiz beynəlxalq münaqişəni həll edib.

"Report"un məlumatına görə, o, bunu İsrail parlamentində (Knessetdə) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-nin keçmiş dövlət katibi və 2016-cı il prezident seçkilərində rəqibi Hillari Klintonun onu müharibələrə can atmaqda ittiham etməsinə cavab olub.

"Hamı düşünürdü ki, mən amansız biri olacam", - ABŞ Prezidenti bildirib.

D.Tramp, H.Klintonun 2016-cı ilin debatlarındakı sözlərini xatırlayıb. Onun sözlərinə görə, H.Klinton o zaman belə iddia edib: "Ona baxın. O, hamı ilə döyüşəcək" və "onun şəxsiyyəti tamamilə müharibə haqqındadır".

ABŞ Prezidenti bildirib ki, şəxsiyyəti əslində tamamilə müharibələri dayandırmaq haqqındadır: Mən səkkiz ayda səkkiz müharibəni həll etdim və bu, bunun sübutudur".

Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, əgər ABŞ müharibəyə girmək istəsə, onu heç kimin əvvəllər qazana bilmədiyi kimi qazanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti