Tramp: "Sanksiyalar Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb"

Digər ölkələr
  • 02 yanvar, 2018
  • 22:55
Tramp: Sanksiyalar Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb
Uain.press

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya tətbiq olunan sanksiyaların effektiv olduğunu bəyan edib.

"Report" xarici KİV istinadən xəbər verir ki, bu barədə o özünün Twitter səhifəsində yazıb.

"Sanksiyalar və diqər təyziq üsulları Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb. Əsgərlər Şimali Koreyadan Cənubi Koreyaya qaçır. Raket-adam (Kim Çen In-Red.) indi ilk dəfə Cənubi Koreya ilə danışıqlar aparmaq istəyir. Bəlkə bu yaxşı xəbərdir, bəlkə də - yox. Baxarıq!", — deyə D. Tramp bildirib.

Qeyd edək ki, Kim Çen In ölkənin milli komandasını qız Olimpiya oyunlarına yollamaq istədiyini açıqlayıb. Cənubi Koreya yüksək səviyyəli danışıqlar aparmaq istədiyini açıqlayıb. 

44 - Tezliklə