Tramp qızının ABŞ mediası haqda fikirlərini dəstəkləyib

Digər ölkələr
  • 02 avqust, 2018
  • 23:52
Tramp qızının ABŞ mediası haqda fikirlərini dəstəkləyib

Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp qızı İvanka Trampın KİV-i xalqın düşməni hesab etməməsi barədə fikirlərini şərh edib.

Bu barədə "Report" RT-ə istinadən xəbər verir.

"Mənim qızımdan soruşublar ki, KİV-i xalqın düşməni hesab edirmi? O, düz cavab verib ki, yox. Amma budur, yalan xəbərlər KİV-in mühüm hissəsini təşkil edir və deməli xalqa düşmən olanlar var", - deyə o, "Twitter"də yazıb.

Daha əvvəl İvanka Tramp bildirib ki, o, KİV-i xalqın düşməni saymır.

44 - Tezliklə