Tramp: Qəzza üzrə danışıqlar çox yaxşı keçir
- 07 oktyabr, 2025
- 01:16

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzza sektorunda tənzimləmə üzrə danışıqlar çox yaxşı gedir.
"Report"un məlumatına görə, Tramp bu barədə Ağ Evdə çıxışı zamanı bildirib.
"Düşünürəm ki, işlər çox yaxşı gedir. Fələstin HƏMAS hərəkatı çox vacib məsələlər üzrə razılığa gəlir", - deyə Amerika lideri vurğulayıb.
Tramp sazişin bağlanması üçün yüksək şanslarının olduğunu qeyd edib.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Amerika liderinin Qəzzada münaqişənin tənzimlənməsinə yönəlik "hərtərəfli plan"ını açıqlayıb. Sənəd 20 maddədən ibarətdir. O xüsusilə Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiq edilməsini və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.
İsrail bu planla razı olduğunu bildirib. HƏMAS da bütün diri girovları İsrail tərəfinə qaytarmağa hazır olduğunu bəyan edib.