Tramp Putini Ukraynadakı müharibəni dayandırmağa inandıra biləcəyini düşünür
- 17 oktyabr, 2025
- 22:19

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Ukraynada müharibəni dayandırmağa inandıra biləcəyi fikrindədir.
"Report"un məlumatına görə, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə qarşılayarkən bəyan edib.
"Bəli, bacaracağıq", - deyə Tramp Ağ Evin Qərb qanadında qeyd edib.
Daha sonra Ağ Evin Nazirlər Kabinetinin iclas zalında çıxış edən Trampın fikrincə, Rusiya Prezidenti "müharibəyə son qoymaq istəyir".
"Mən dünən onunla iki saat yarım danışdım, biz bir çox detalları müzakirə etdik", - deyə Tramp vurğulayıb. "O buna son qoymaq istəyir, məncə, prezident Zelenski də buna son qoymaq istəyir - indi biz bunu etməliyik".
Bir gün əvvəl ABŞ və Rusiya liderləri telefon danışığı keçirib, nəticədə tərəflər Budapeştdə görüşmək barədə razılığa gəliblər.