Tramp: Putin Rusiya və Ukrayna arasında razılaşmanın bağlanmasında maraqlıdır

Digər ölkələr
  • 09 sentyabr, 2026
  • 22:48
Tramp: Putin Rusiya və Ukrayna arasında razılaşmanın bağlanmasında maraqlıdır

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə "əla" söhbət etdiyini bildirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə deyib.

Trampın sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin başa çatmasında maraqlıdır.

"O (Putin - red.) saziş bağlamaq istəyir. Əgər Zelenski (Ukrayna Prezidenti Volodimir - red.) də saziş bağlamaq istəsə, bu, çox yaxşı olacaq", - Amerika lideri bildirib.

Tramp həmçinin Rusiya Prezidenti ilə yeni ikitərəfli görüşün keçirilməsini istisna etməyib: "Bizim yaxşı söhbətimiz oldu. Bu baş verə bilər".