Trampın Ermənistan və Azərbaycan arasındakı münaqişəyə son qoymaq qabiliyyəti Putini təəccübləndirib
- 20 noyabr, 2025
- 02:02
ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasındakı münaqişəyə son qoymaq qabiliyyəti Rusiya rəhbəri Vladimir Putini təəccübləndirib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumunda danışıb.
"Putin mənə zəng edib dedi ki, inana bilmir ki, mən bunu (münaqişəni - Qeyd) həll edə bilmişəm. Cavab verdim: İcazə verin, sizin müharibənizi də həll edim ", - deyə o bildirib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannamə imzalayıblar. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.