Tramp Obamanın səhiyyə ilə bağlı qanununun ləğv edildiyini bildirib

Digər ölkələr
  • 16 oktyabr, 2017
  • 18:23
Tramp Obamanın səhiyyə ilə bağlı qanununun ləğv edildiyini bildirib

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Tramp keçmiş dövlət başçısı Barak Obamanın səhiyyə ilə bağlı qanunu "Obamacare"nin ləğv edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Bildirilir ki, Ağ Ev rəhbəri bu açıqlamanı jurnalistlər qarşısında çıxışında verib.

"Obamacare" proqramı başa çatıb, o ölüb, yoxdur. Daha "Obamacare" kimi şeylər yoxdur", - deyə o bildirib. 

44 - Tezliklə