Tramp Milada qədər FED-in gələcək sədrinin adını açıqlayacaq

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 18:27
Tramp Milada qədər FED-in gələcək sədrinin adını açıqlayacaq

ABŞ Prezidenti Donald Tramp Milad bayramına qədər Federal Ehtiyat Sisteminin (FED) yeni sədri barədə qərar qəbul edəcək.

"Report" CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

"Prezidentin Miladdan əvvəl (25 dekabr - red.) bəyanat verməsi ehtimalı böyükdür", - o qeyd edib.

Hazırkı FED sədri Cerom Pauellin varisinin seçilməsi prosesini idarə edən Bessent vurğulayıb ki, o, FED-ə kimin rəhbərlik edəcəyi ilə bağlı proqnozlar vermək üçün hazır deyil.

Bessent hesab edir ki, pul-kredit siyasəti daha da mürəkkəbləşib və sadəcə faiz dərəcələrinin yenidən nəzərdən keçirilməsi ilə məhdudlaşmır.

Pauelin səlahiyyət müddəti 2026-cı ilin may ayında başa çatır.

Maliyyə nazirinin məlumatına görə, FED sədri vəzifəsinə namizədlərin qısa siyahısına Milli İqtisadi Şuranın direktoru Kevin Hassett, keçmiş FED üzvü Kevin Uorş, "BlackRock"un investisiya direktoru Rik Rider, eləcə də FED-in İdarə Heyətinin üzvləri Kristofer Uoller və Mişel Boumanın daxil olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti