Tramp Meksika ilə sərhəddə ABŞ sərhədçisinin öldürüldüyünü bildirib
Digər ölkələr
- 20 noyabr, 2017
- 02:16
Bakı. 20 noyabr. REPORT.AZ/ ABŞ-ın sərhəd xidmətinin əməkdaşı Meksika ilə sərhəddə baş vermiş silahlı insident zamanı öldürülüb.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp "Twitter"də yazıb.
O, qeyd edib ki, daha bir sərhədçi ağır yaralanıb. "Sərhəd xidmətinin zabiti cənub sərhədində öldürülüb, daha bir nəfər ağır yaralanıb. Biz bunda təqsirkar olan şəxsi tapacaq və onu məhkəməyə cəlb edəcəyik", - deyə o yazıb.
Bundan əlavə, Tramp Meksika ilə sərhəddə divarın inşasının vacibliyini də qeyd edib: "Biz divarı tikməliyik və onu inşa edəcəyik".
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
"Fox News"un məlumatına görə, öldürülən şəxs 36 yaşlı Rodjelio Martinezdir. Digər yaralı isə xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
00:44
ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib
Region00:42
Foto
DÇ-2026: Seneqal - İraq matçında dördüncü qol vurulub - YENİLƏNİR-5
Futbol00:17
Foto
DÇ-2026: Fransanın Norveçlə matçda üstünlüyü davam edir - YENİLƏNİR-5
Futbol00:13
"Neftçi" slovakiyalı hücumçunu transfer edib
Futbol00:10
Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib
Digər ölkələr23:47
Konqoda Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb
Digər ölkələr23:28
Livan və İsrail arasında çərçivə sazişi imzalanıb
Digər ölkələr23:16
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Hadisə23:02