Tramp maaşının bir hissəsini koronavirusa qarşı dərmanın hazırlanmasına bağışladı
Digər ölkələr
- 22 may, 2020
- 22:04
Donald Tramp
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp maaşının üç mislini ölkənin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə bağışlayıb.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, ABŞ lideri koronavirusa qarşı dərmanların hazırlanmasına 100 min ABŞ dolları - özünün ilin birinci kvartalı üçün bütün maaşını bağışlayıb.
Qeyd edək ki, Tramp prezident seçkilərində qalib gələndən sonra öz maaşından imtina etdiyini və həmin pulları xeyriyyəçilik üçün bağışlamaq istədiyini söyləyib. Dövlət başçısının maaşı 400 min ABŞ dolları təşkil edir. Bundan əlavə, Ağ Ev rəhbəri şəxsi xərcləri üçün ildə əlavə olaraq 50 min ABŞ dollarını sərf etmək hüququna malikdir.
Son xəbərlər
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
Foto
UEFA Avropa Liqasında II turun oyunları keçirilib
Futbol
00:38
Azərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək
Maliyyə
00:30
Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə
00:25
Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək
Maliyyə