Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib

Digər ölkələr
  • 27 mart, 2018
  • 00:53
Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib
Uain.press

Bakı. 27 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının zəhərlənməsina cavab olaraq rus diplomatlarının qovulmasını müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat ximəti məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, Rusiya bu davranışı ilə bütün dünyada sabitliyi pozan fəaliyyətini nümayiş etdirib.

Martın 26-da ABŞ Rusiyanın 60 diplomatının ölkədən çıxarıldığını bildirib. Onlardan 46-ı Vaşinqtondakı səfirliyin işçisi, 2-i Nyu-Yorkdakı baş konsulluğun nümayəndəsi, daha 12-i isə BMT yanındakı daimi nümayəndəliyin əməkdaşlarıdır. 

ABŞ həmçinin Sietldəki baş konsulluğun bağlandığını bildirib.