Tramp İslandiyanı Rusiyanın sualtı qayıqlarını izləmək üçün NATO-da saxlayıb

Digər ölkələr
  • 05 oktyabr, 2025
  • 23:51
Tramp İslandiyanı Rusiyanın sualtı qayıqlarını izləmək üçün NATO-da saxlayıb

ABŞ Prezidenti Donald Tramp ilk səlahiyyət müddətində İslandiyanın alyans Rusiya sualtı qayıqlarını izləmək imkanı əldə etsin deyə NATO-da qalmasına razılıq verib.

"Report"un Böyük Britaniyanın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Mənim Nəzarətim Altında" adlı avtobioqrafiyasında yazıb.

İslandiyanın alyansa üzvlüyü ilə bağlı müzakirələr zamanı məlum olub ki, milli ordu olmadığından ölkə NATO-nun müdafiə investisiya tələblərini ödəyə bilmir.

"Bəs onda biz İslandiyadan nə istəyirik?",- deyə Tramp soruşub. Daha sonra Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis ABŞ prezidentinə izah edib ki, İslandiya Rusiya sualtı qayıqlarını izləmək üçün faydalı ola bilər.

Bundan sonra Tramp İslandiyanın NATO-da qalmasına icazə verib.

Son xəbərlər

Bütün Xəbər Lenti