Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür

Digər ölkələr
  • 26 aprel, 2026
  • 04:17
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ABŞ və İran rəsmiləri arasında danışıqların telefonla davam etdirilə biləcəyini bildirib.

"Report"un məlumatına görə, o, bunu Florida ştatının Palm-Biç şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Yəqin eşitmisiniz ki, (ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və sahibkar Cared Kuşnerin Pakistana -red) səfəri ləğv etmişik. Bizim üçün kifayət etməyən sənədi əldə etmək üçün uçuşa 15 saat itirməyəcəyik", - Tramp deyib.

Onun sözlərinə görə, bundan sonrakı əlaqələr uzaqdan baş tuta bilər.

"Biz telefonla iş aparacağıq; onlar bizə istənilən vaxt zəng edə bilərlər", - o vurğulayıb.

Amerika lideri həmçinin bildirib ki, ABŞ İrana kimin rəhbərlik etdiyini bilmir, lakin "kim rəhbərlik edirsə, onunla işləməyə hazırdır.

"Onlar mənə istədikləri vaxt zəng edə bilərlər", - Tramp əlavə edib.