Tramp: İran nümayəndələri sazişi müzakirə etmək üçün əlaqə saxlayır

Digər ölkələr
  • 09 iyul, 2026
  • 04:16
Tramp: İran nümayəndələri sazişi müzakirə etmək üçün əlaqə saxlayır

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin mümkün sazişi müzakirə etmək üçün Vaşinqtonla əlaqə saxladığını, lakin onu bağlamağın məqsədəuyğun olmasına şübhə ilə yanaşdığını bildirib.

"Report"un məlumatına görə, o, bunu Türkiyədə keçirilən NATO sammitindən sonra təyyarəsində jurnalistlərə bildirib.

"Onlar saziş bağlamağı çox istəyirlər. Bu yaxınlarda zəng etdilər, onlar razılaşma istəyirlər. Sadəcə, saziş bağlamağa layiq olub-olmadıqlarını və buna əməl edib-etməyəcəklərini bilmirəm", - Tramp deyib.