Tramp İllinoys qubernatorunu hədələyib
Digər ölkələr
- 31 avqust, 2025
- 06:06
ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, yerli hakimiyyət cinayətləri nizamlamasa, Çikaqoda federal nəzarət tədbirlərinə müraciət edə bilər.
"Report" xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Siyasətçi qeyd edib ki, ötən həftəsonu şəhərdə 24 nəfər güllələnib, 6 nəfər isə xəsarətlər alıb. Tramp "İllinoys ştatının qubernatorunu" xatırladıb.
"O (İllinoys ştatının qubernatoru Cey Pritsker - red.) dəlidir. Yaxşı olar ki, vəziyyəti tez düzəltsin, yoxsa biz gələrik", - ABŞ prezidenti deyib.
Bundan əvvəl Tramp Çikaqo və Nyu-Yorkda cinayətkarlıqla mübarizə üçün qoşun göndərə biləcəyinə eyham vurmuşdu.
Son xəbərlər
01:15
İsrail ordusu Qəzzada qalacaq
Digər ölkələr00:31
Trampın kürəkəni: HƏMAS-ın tərksilah edilməsi artıq 30 gün ərzində başlaya bilər
Digər ölkələr00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45
Rodri "Barselona"ya keçib
Futbol23:21
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
Region23:13
Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
Region23:11
Tramp İranın ABŞ-la razılaşma imzalamağa hazır olduğuna şübhə edir.
Digər ölkələr22:52
Rusiya rəsmilərinin Azərbaycana qarşı açıqlamaları hüquqi məsuliyyət yaradır - RƏY
Xarici siyasət22:40