Tramp İraq və Suriyada İŞİD üzərində qələbə qazanıldığını bəyan edib
Digər ölkələr
- 12 dekabr, 2017
- 19:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 dekabr. REPORT.AZ/ Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olub.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
"Bildiyiniz kimi, biz Suriyada qalib gəldik, biz İraqda qələbə qazandıq, lakin onlar digər əyalətlərə yayılırlar. Biz yayıldığı sürətlə onları izləyirik", — deyə Tramp 2018-ci il üçün müdafiə büdcəsinin imzalanma mərasimi zamanı bildirib.
Trampın sözlərinə görə, onun administrasiyasının son 8 ay ərzində İŞİD-lə mübarizədə qazandığı uğurlar, sabiq dövlət başçısı Barak Obama administrasiyasının bütün xidmət müddəti boyu əldə etdiklərindən daha böyükdür.
Son xəbərlər
21:06
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Hadisə
21:03
Qaradağ rayonunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
İnfrastruktur
20:43
Foto
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Xarici siyasət
20:42
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək
Digər ölkələr
20:36
XİN: AK-ın hesabatındakı qeyri-dəqiqliklər anti-Gürcüstan narrativlərini gücləndirir
Region
20:30
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Digər ölkələr
20:09
Foto
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub
Xarici siyasət
20:00
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır
Xarici siyasət
19:58
Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir
Xarici siyasət