Tramp İranın zərbələrinə münasibət bildirib: "Hər şey qaydasındadır"

Digər ölkələr
  • 08 yanvar, 2020
  • 03:06
Tramp İranın zərbələrinə münasibət bildirib: Hər şey qaydasındadır

ABŞ prezidenti Donald Tramp İranın raket hücumunun nəticəsinə görə bəyanatla çıxış edəcəyinə söz verib.

“Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”-dəki səhifəsində yazıb.

"Hər şey qaydasındadır! İraqdakı iki hərbi bazaya İrandan raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı - indi onun qiymətləndirilməsi gedir. Amma hamı hər şey yaxşıdır. Mən sabah səhər bəyanatla çıxış edəcəyəm", - deyə Ağ Ev rəhbəri “Twitter”də yazıb. 

Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib

44 - Tezliklə