Tramp HƏMAS-ı "cəhənnəm"lə hədələyib

Digər ölkələr
  • 03 oktyabr, 2025
  • 18:35
Tramp HƏMAS-ı cəhənnəmlə hədələyib

ABŞ Prezidenti Donald Tramp İsraillə Qəzza ilə bağlı razılaşmanın bazar gününə qədər əldə edilməyəcəyi təqdirdə HƏMAS-ı "görünməmiş cəhənnəm"lə hədələyib.

"Report" xəbər verir ki. ABŞ lideri bu barədə "Truth Social" hesabında yazıb.

"HƏMAS-la saziş bazar gününə, Vaşinqton vaxtı ilə saat altıya qədər əldə olunmalıdır. Bütün ölkələr razılaşıb! Bu, son şansdır və əgər HƏMAS ondan istifadə etməsə, onlar üçün heç kimin heç vaxt görmədiyi cəhənnəm başlayacaq", - D.Tramp yazıb.

D.Tramp vurğulayıb ki, onun təklif etdiyi plan Yaxın Şərqə sülh gətirəcək.

"HƏMAS uzun illərdir Yaxın Şərqdə amansız və qəddar bir təhlükədir! Onlar öldürürlər (və həyatı dözülməz dərəcədə əzablı edirlər), bunun kulminasiyası 7 oktyabrda İsraildəki qətliam oldu", - o yazıb və qeyd edib ki, qisas olaraq 25 mindən çox HƏMAS döyüşçüsü öldürülüb.

"Qalanların bir çoxu mühasirəyə alınıb, sadəcə həyatlarının tezliklə sona çatması üçün mənim "irəli" əmrimi gözləyirlər. Biz sizin harada olduğunuzu və kimliyinizi bilirik, siz təqib ediləcək və öldürüləcəksiniz. Mən bütün günahsız fələstinlilərdən xahiş edirəm ki, dərhal bu ərazini (Qəzza şəhərini) tərk etsinlər və Qəzzanın daha təhlükəsiz bölgələrinə getsinlər", - o əlavə edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Yaxın Şərqin böyük, güclü və ən zəngin ölkələri ABŞ və İsraillə Yaxın Şərqdə "3 min ildir mövcud olmayan" sülh barədə razılığa gəliblər.

"Bu razılaşma həmçinin sağ qalan bütün HƏMAS döyüşçülərinin həyatını xilas edəcək! Sənədin təfərrüatları bütün dünyaya məlumdur və bu, hamı üçün böyük razılaşmadır! Bu və ya digər halda Yaxın Şərqdə sülh olacaq. Zorakılıq və qan tökülməsi dayanacaq. Dərhal bütün girovları azad edin və həlak olanların meyitlərini qaytarın!", - D.Tramp deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti