Tramp: Helikopterimizin Hörmüzdə qəzaya uğraması barədə hesabatı sabah dərc edəcəyik

Digər ölkələr
  • 09 iyun, 2026
  • 10:19
Tramp: Helikopterimizin Hörmüzdə qəzaya uğraması barədə hesabatı sabah dərc edəcəyik

ABŞ Hörmüz boğazı yaxınlığında "Apache" helikopterinin qəzaya uğraması faktı ilə bağlı hesabatı açıqlayacaq.

"Report"un "NBC news" telekanalına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Pilotların vəziyyəti yaxşıdır. Xəsarət alan yoxdur. Sabah hesabatı dərc edəcəyik", - Tramp qeyd edib.

Helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.