Tramp: Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 08:57
Tramp: Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Fransa rəhbərliyi onun ölkəsinə çinlilərdən daha yaxşı yanaşmır.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri fikirlərini "Fox News" telekanalına müsahibəsində açıqlayıb.

O, bir daha əmin edib ki, Amerika hökuməti çinli tələbələrin ABŞ-yə təhsil almaq üçün gəlmələrinə mane olmayacaq.

"Sülhlə anlaşmaq istəyirəm", - Tramp deyib.

Buna cavab olaraq aparıcı Çin hökumətinin "nəzarət apardığını" və ABŞ-dən "əqli mülkiyyəti oğurladığını" iddia edərək, çinlilərin "fransızlar olmadığını" qeyd edib.

"Siz düşünürsünüz ki, fransızlar daha yaxşıdır? Elədir? Qeyd edim ki, buna o qədər də əmin olmazdım. Fransızlarla bir çox problemimiz var; haqsız olaraq texnoloji (məhsullarımıza) vergi qoydular, Amerika məhsullarına 25 faiz vergi tətbiq etdilər", - ABŞ Prezidenti deyib.

O, bir çox müttəfiqlərin ABŞ ilə ticarətdən Çindən daha çox fayda götürdüyünü də vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti