Tramp: Demokratlar tezliklə şatdaun əleyhinə tədbirləri dəstəkləyəcəklər

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 03:09
Tramp: Demokratlar tezliklə şatdaun əleyhinə tədbirləri dəstəkləyəcəklər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Konqresdəki demokratlar tezliklə fəaliyyətini qismən dayandırmış federal hökumətin fəaliyyətini bərpa etmək üçün tədbirləri dəstəkləyəcəklər.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə Ağ Evin Şərq zalında tələbələrdən ibarət iki beysbol komandasını qəbul edərkən bildirib.

"Ümid edirik ki, demokratlar o qədər də anormal olmayacaqlar və biz tezliklə (ABŞ hökumətinin fəaliyyətinin yenidən maliyyələşdirilməsi haqqında qanun layihəsinə – red.) səs verə bilərik. Mən eşitmişəm ki, demokratlar da belə düşünməyə başlayıblar. Onlar düşünməyə başlayıblar ki, həqiqətən də ölkə üçün düzgün iş görməlidirlər", - o deyib.

ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb.

Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrikdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti